Tribuna İnformasiya Agentliyi

Paşinyan fasilə elan etdi: Aksiyalar dayandırılır

30 Aprel

“Yelk” (Çıxış) partiyasının lideri Nikol Paşinyan aprelin 30-dan etibarən aksiyaların dayandırılacağını və parlamentdə müzakirələrin başlanacağını açıqlayıb.

Oxu.Az bununla bağlı erməni KİV-ə istinadla xəbər verir.

Onun sözlərinə görə, aprelin 30-da parlamentin bütün fraksiyaları ilə vacib görüşlər keçirəcək.

“Əgər respublikanın müxtəlif rayonlarında aksiyalar keçirilsə, mən kabinetimdə rahat işləyə bilərəm.

Bu gün biz fasilə elan edirik və heç bir aksiya keçirməyəcəyik. Mən Respublika Partiyasının deputatları ilə bütün telefon əlaqələrinin kəsilməsinə çağırıram.

İlkin razılaşmaya əsasən, mən bu gündən sizin adınızdan baş nazir postuna namizəd kimi onlarla görüşəcəm”, – Paşinyan deyib.