PAŞİNYAN BİR GÜNDƏ SÖZÜNÜ İKİ DƏFƏ NİYƏ DƏYİŞDİ? – ANALİTİK ŞƏRHİbackend

PAŞİNYAN BİR GÜNDƏ SÖZÜNÜ İKİ DƏFƏ NİYƏ DƏYİŞDİ? – ANALİTİK ŞƏRHİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın bir gündən sonra sülh müqaviləsi imzalamaqdan imtina etməsinin əsas səbəbi Ermənistandakı daxili durumdur”

Bu sözləri TİA. Az-a açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın sülh sazişi imzalamaqdan boyun qaçırması haqqında danışarkən politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, yaxın bir ay ərzində Ermənistanda çox ciddi dəyişikliklər baş verəcək:

“Paşinyan özü də başa düşür ki, belə bir addım atsa, onu hakimiyyətdən uzaqlaşdıracaqlar. Ancaq hakimiyyət çox şirin bir şeydir. Adam da siyasətçi deyil, cəmi üç kurs təhsili var, onu universitetdən qovublar. Təhsildə olduğu kimi hər şeydə yarımçıqdır. Burda bir neçə faktoru nəzərdən qaçırmaq olmaz. Paşinyanı hakimiyyətə “Soros fondu” gətirib və dünyada Amerikanın ən böyük dördüncü səfirliyi İrəvanda yerləşir. Amerikanın öz Qafqaz maraqları var. Bu maraqları isə Paşinyanın əli ilə həyata keçirmək istəyirlər.

O, qorxaq, yaltaq olduğuna görə, Putini görən kimi əl-ayağı əsir, dönüb tamam başqa bir şeylər danışır. Amerika da belə savadsız birini gətirmişdi ki, onun başının üzərindən işlər görsün. Amma Amerikanın bu taktikası özünü doğrultmadı. İkinci məsələ- bildiyiniz kimi Rusiya Ukraynada uduzmağa başlayıb, birmənalı şəkildə Qafqazdan sıxışdırılıb çıxarılma təhlükəsi ilə üz-üzədir. Üçüncüsü isə ermənilərdən çox erməni sevdalısı İran hökumətidir. Bu qüvvələr hamısı Paşinyanı Zəngəzur dəhlizinin açılması ilə bağlı təhdid etdi. Nəzərə almaq lazımdır ki, o, dəhlizlə nəqliyyat infrastrukturunu seçə bilmir. Bədbəxt neynəsin axı?
Ermənistanda isə 20 il hakimiyyətdə olmuş Sarkisyan -Koçariyan- Qarabağ klanı var. Eyni zamanda erməni kilsəsi var. Ermənistanda olan hərbi elita var, hansı ki, onlar silah alveri ilə milyonlar qazanırdı. Bütün maraqlar Paşinyanın üzərində fokuslanır. Paşinyan isə nə o tərəfə, nə də bu tərəfə baxa bilir. Ona görə də Paşinyanı qınamaq da düzgün deyil, çünki adamın mövqeyi yoxdur. Ermənistan çox çətin durumdadır. Paşinyan buna görə Səmərqəndə də getmədi, çünki o, Putini görən kimi özünü itirir. Hazırda onun yıxılma ehtimalı daha çoxdur. Çünki Paşinyan iki seçimdən birini etməlidir: ya Rusiyanı ya da Avropa İttifaqı ilə ABŞ-ı seçməlidir. O bu qərarı verə bilməyəcək. Hazırda Paşinyanın yerinə Mirzoyanı hazırlayıblar”.

Aytac

TİA. Az