Paşinyan Baş Qərargah rəisinin istefaya göndərildiyini açıqladıbackend

Paşinyan Baş Qərargah rəisinin istefaya göndərildiyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan Baş naziri Nikol Paşinyan respublikanın Baş Qərargah rəisi Onik Qasparyanın 10 mart 2021-ci ildə tutduğu vəzifədən azad edildiyini bildirib.
TİA.AZ xatırladır ki, Paşinyan ilk dəfə 25 fevralda Qasparyanın istefasını tələb edib, lakin Ermənistan prezidenti bununla bağlı etirazlarını bildirib. İşdən çıxarma əmri yenidən göndərilib və buna da heç bir reaksiya olmayıb.

 

Prezidentin hərəkətsizliyi Qasparyanın Ermənistan Konstitusiyasına və Hərbi Xidmət Qanununa uyğun olaraq vəzifəsindən azad edilməsinə səbəb olub.