Paşinyan baş nazir seçilmədibackend

Paşinyan baş nazir seçilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan parlamentinin deputatları bu gün keçirilən xüsusi iclasda baş naziri seçə bilməyib.
TİA.AZ “Newsarmenia”ya istinadən xəbər verir ki, deputatların səs çoxluğu ilə seçilməli olan baş nazirin seçkisi ilə bağlı səsvermədə Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edən Nikol Paşinyanın lehinə 1, əleyhinə isə 3 deputat səs verib, 75 nəfər bitərəf qalıb.
Hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makuntsun səsvermədən əvvəl qeyd etdiyi kimi, fraksiya parlamentin buraxılmasına və növbədənkənar parlament seçkilərinin keçirilməsinə şərait yaratmaq üçün “bitərəf”liyə səs verib.
“Çiçəklənən Ermənistan” müxalif fraksiyası iclasda iştirak etməyib. Mövcud siyasi razılaşmanın bir hissəsi olaraq, müxalifətdəki parlament fraksiyalarından heç biri baş nazir namizədi təqdim etmir. Bunu yalnız Nikol Paşinyanın namizədliyini irəli sürən iqtidardakı “Mənim addımım” fraksiyası edib. Siyasi razılaşmalar çərçivəsində parlament onu baş nazir seçməyəcək, bundan sonra onun namizədliyi 7 gün ərzində yenidən təqdim ediləcək. Paşinyan ikinci dəfə də seçilməzsə, parlament buraxılacaq.
Qeyd edək ki, iqtidar ilə müxalifət arasındakı razılaşmalara əsasən, Paşinyan aprelin 25-də istefa verib və baş nazir vəzifələrini müvəqqəti icra edən şəxs olub. Ermənistan Konstitusiyasına əsasən, bununla da parlamentin buraxılması prosesinə start verilib.