PARTİYA SƏDRİ HƏMKARINI SƏHV VAKSİN TƏBLİĞATINDA GÜNAHLANDIRDIbackend

PARTİYA SƏDRİ HƏMKARINI SƏHV VAKSİN TƏBLİĞATINDA GÜNAHLANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün bundan öncə partiya sədrlərindən birinin online media vasitəsilə vaksinasiya əleyhinə təbliğat apardığının açıq şahidi oldum. Bu təbliğatı aparan hörmətli həmkarımın özü də həkimdir. Çıxışında gah vaksinasiyanın əleyhinə olduğunu bildirdi, gah da ABŞ istehsalı olan vaksinləri tövsiyyə etdi.

Hesab edirəm ki, bu tip çaşdırıcı təbliğat apararaq cəmiyyəti yanlış istiqamətə yönləndirmək heç də doğru addım deyil”.TİA. Az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədri Ağasif Şakiroğlu bildirib. O, deyir ki, qorxulu pandemiyadan yeganə xilas yolu vaksinasiyadır: “Vaksin etdirmək insanı və ətrafındakıları qorumaq deməkdir.
Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. Hansı ki, bu gün bütün dünyada tətbiq edilir. Məhz bu mərhələni tez atlatmaqla biz yenidən öncəki həyatımıza qayıtmış ola bilərik. Alternativ yoxdur!

Bir çoxları gənc olduqlarından immunitet sistemlərinin normal çalışmasından arxayın olaraq peyvəndlənmə prosesində aktiv iştirak etmirlər. Statistik göstəricilər bunu deməyə əsas verir. Amma gənc dostlarımız unudurlar ki, xəstəlik yaşa baxmır…

Bəşər tarixində sürətlə yayılan bir çox yoluxucu xəstəliklər olub. Bütün bu tip yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası vaksinlə mümkün olub. Bu dəfə də belədir. Gəlin yaxınlarımızın, ailəmizin sağlamlığına biganə qalmayaq.

Peyvəndlənməyi seçməklə yaşamağı və yaşatmağı seçək… Təxribatlara uymayaq. Özümüz üçün, ailəmiz üçün, yaxınlarımız üçün…”

TİA. Az