Partiya sədri: “Bulvar İdarəsi göstərsin, görək, 3 manata çayı harada verirlər?!”backend

Partiya sədri: “Bulvar İdarəsi göstərsin, görək, 3 manata çayı harada verirlər?!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri axrıncı dəfə Bulvara nə vaxt çıxıb, bilmirəm. Bu, cavab deyil. Bulvarın çox böyük ərazisi var. Orda yerləşən ictimai iaşə obyektlərinin arası xeyli məsafəlidir. Burada söhbət 3 manatdan getmir, sadə çayın verilib-verilməməsindən gedir. Bulvarda deyirlər ki, sadə çay vermirik. Çay alırsansa, yanında mürəbbə, iki qab fındıq ləpəsi olacaq, 30 manat pul verəcəksən, söhbət bundan gedir. Bulvar İdarəsi monopoliya məsələsində şəffaf olmalıdır. Gəlsin, göstərsin, görək hardadır o 3 manata çay?”

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

O bildirib ki, Bulvar xalqındır, xalqın gəzinti yeridir, kiminsə pul qazanma yeri deyil: “Bu, nə mövqedir, yəni kasıblar üçün də yer var? 3-5 manat məsələsi deyil, burada qanunlar pozulur. İnsanlara zorla istəmədikləri məhsullar satılır və buna Dənizkənarı Bulvar İdarəsi şərait yaradır. Sərbəst şəkildə şərait yaratsınlar, digər müəssisələr gəlib normal qiymət müəyyən etsinlər. Bulvarda hər şey baha qiymətə satılır. Mağazalarda 30 qəpiyə olan su Bulvarda 90 qəpiyə, 1 manata satılır. Gedin, qiymətlərə baxın. Bulvar kimindir? Bakı sakinləri üçün dövlət büdcəsindən tikilmiş istirahət mərkəzidir. Allah bilir, o müəssisələrdən aylıq neçə min kirayə pulu alırlar, o insanlar da bunu yükləyirlər sadə vətəndaşların belinə. Elan eləsinlər, görək, orada neçə obyekt var və hər obyektdən nə qədər pul alırlar? Xidmət göstərən iaşələr, restoranlar, kafelər hansı tenderlə, üsulla seçilir? Bulvarı sadə insanlara qaytarmaq lazımdır. Bulvar oliqarxların, zənginlərin, zadəganların və yaxud rüşvətxorların, məmurların yeri deyil. Bulvar sadə insanların olmalıdır”.