PARTİYA LİDERİNDƏN SAHİL BABAYEVİN NAZİRLİYİNƏ SƏRT TƏNQİD:QAZİLƏRƏ LAQEYD YANAŞIRLARbackend

PARTİYA LİDERİNDƏN SAHİL BABAYEVİN NAZİRLİYİNƏ SƏRT TƏNQİD:QAZİLƏRƏ LAQEYD YANAŞIRLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüflər olsun ki, ayrı-ayrı məmurlar dövlətin işinin çoxluğundan sui-istifadə edərək müəyyən narazılıqlar yaradır.”

Bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu qazilərə olan biganə münasibət haqqında danışarkən TİA.az-a açıqlamasında deyib. O bildirib ki, qazilərə olan biganə münasibətin obyektiv və subyektiv səbəbləri var: “Son dövrlərdə Bakının küçələrində onlarla hərbi geyimli şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məlum olub ki, qazi adından istifadə edərək bəziləri dilənib, bəziləri müxtəlif xoşagəlməz üsullara əl atıblar. Müəyyən qazilər var ki, qazi adından istifadə edib şəxsi maraqlarını təmin etmək istəyirlər.
Eyni zamanda bəzi dövlət orqanlarının icra hakimiyyətlərinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bəzi məmurları qazilərə qarşı laqeyd yanaşırlar. İstənilən halda vətən uğrunda düşünmədən canından keçən, fədakarlıq edən insanlara dövlət qayğısı tam təmin edilməlidir”.
GAP sədri deyib ki, Azərbaycanın bir dövlət olaraq irəlidə görməli olduğu çoxsaylı işlər var: “Qarabağın abadlaşdırılması, işsizlik problemi, şəhid ailələrinin, Qarabağ qazilərinin sosial durumunun yaxşılaşdırılması və s. Hazırda dövlətin yükü də çoxdur. Təəssüflər olsun ki, ayrı-ayrı məmurlar dövlətin işinin çoxluğundan sui-istifadə hallarına yol verir və müəyyən narazılıqlar yaradır.
O cümlədən də qazilərə biganəlik nümayiş etdirir, qazilərin hüquqlarını pozur, qazilərə çatmalı olan haqqı tapdalayır. Biz partiya olaraq bu biganə münasibətdə iki tərəf görürük: birincisi, dövlət məmurları, ikincisi isə qazilik adından sui-istifadə edən şəxslər. Bu kimi hallar biganəliyə haqq qazandırır və bəzi məmurların da əl-qolunu açır. Hesab edirəm ki, ciddi vətəndaş nəzarəti təmin edilməlidir.
Hər bir şəhid ailəsinin, qazinin ehtiyacları həm dövlət həm iş adamları həm də əlində imkanı olan digər şəxslər tərəfindən təmin edilməlidir. Hər şeyi dövlətin üzərinə qoymaq da doğru deyil. Ancaq dövlətin də borcudur ki, vətəndaşlardan aldığı vergilər hesabına qazilərə müəyyən edilmiş təzminatı təmin etsin.
Bizim təmsil olunduğumuz partiyanın mövqeyi bundan ibarətdir ki, şəhid ailələri və qazilər uşaq pulu, qaz pulu kimi kommunal xidmətlərdən azad edilsin. Təəssüflər olsun ki, bu təklifləri özümüz deyib, özümüz eşidirik”.

TİA.az