Parolimpiyaçılarımız coşqu ilə qarşılandı – Məftun Qulizadədən açıqlamabackend

Parolimpiyaçılarımız coşqu ilə qarşılandı – Məftun Qulizadədən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında vətənə dönən Parolimpiyaçılar Bakı beynəlxalq hava limanında böyük coşqu ilə qarşılanıb.
Tia.az xəbər verir ki, bu barədə qarşılama törənində iştirak edən Nəsimi rayon gənclər və idman idarəsinin rəis müavini Məftun Qulizadə bildirib. Onun sözlərinə görə, idmançılarımız yüksək nəticə qazanıblar və ölkəmizin adını bir daha ucaldıblar. M.Qulizadə bildirib ki, Tokio uğuru Azərbaycan dövlətinin idmana, gənclərə göstərdiyi qayğının nəticəsidir. M.Qulizadə qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizdə idmanın bütün sahələrinin inkişafına dəstək verir və Parolimpiyaçıların 14 qızıl, eləcə də gümüş və bürünc medallarla vətənə dönüşü məhz dövlətin idman siyasətinin göstəricisidir.
O, əlavə edib ki, qarşılama tədbiri də Gənclər və İdman nazirinin müavini, Əmək və Əhalinin Sosial Mudafiə nazirinin müavini, gənclər və idman idarələrinin rəisləri və müavinləri də iştirak ediblər.