backend

Parlamentdə yeni qanun layihəsinin təqdimatı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimatı olub. 

Bu gün Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimatı olub.

TİA.AZ xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin sədr müavini Bahar Muradova, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov, Azərbaycan hərbi prokuroru Xanlar Vəliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirəzyev, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov, deputatlar və vətəndaş cəmiyyətinin nümayəndələri çıxış ediblər.

Onlar çıxışlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz siyasətindən danışıblar. Deputatlar Vüsal Hüseynov, Rövşən Rzayev, Rafael Cəbrayılov, Zahid Oruc, Tahir Kərimli, Azay Quliyev, Əflatun Amaşov və digərləri çıxış edərək qanun layihəsini müsbət qiymətləndiriblər.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə hazırlanıb.