Parlament seçkiləri 5573 məntəqədə keçiriləcək – RƏSMİbackend

Parlament seçkiləri 5573 məntəqədə keçiriləcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Parlament seçkiləri 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək”.

TİA.AZ xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, sabah – fevralın 9-da Azərbaycanda parlament seçkiləridir: “Seçkilərdə Milli Məclisə 125 deputat seçiləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq”.