backend

Parlament “Əmək ordeni”ni təsdiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yeni – “Əmək” ordeni təsis edilib. 

Azərbaycanda yeni – “Əmək” ordeni təsis edilib.

TİA.AZ xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, “Əmək” ordeni Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə istənilən fəaliyyət sahəsində Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə veriləcək.

Həmin şəxslər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında yüksək göstəricilərə, yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təhsilin istehsalatda davamlı nəticəli tətbiqinə görə təltif olunacaqlar.

“Əmək” ordeni müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək.

Orden döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, “Vətənə xidmətə görə” ordenindən sonra taxılır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.