Tribuna İnformasiya Agentliyi

Parisdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd etdi

27 Mart

Fransada fəaliyyət göstərən «Paris Azərbaycan Evi» təşkilatı ölkəmizin Fransadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan dili dərsləri şagirdlərinin təqdimatında Novruz şənliyi təşkil edib. 

Fransada fəaliyyət göstərən «Paris Azərbaycan Evi» təşkilatı ölkəmizin Fransadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan dili dərsləri şagirdlərinin təqdimatında Novruz şənliyi təşkil edib.

Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilmiş tədbirə Azərbaycanın Fransadaki səfiri Elçin Əmirbəyov, Azərbaycanın YUNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Fransada yaşayan gənc həmvətənlərimiz, valideynlər, həmçinin fransizlar iştirak edib.

 

Təşkilatın rəhbəri Mirvari Fətəliyeva qonaqları salamlayaraq təşkilatın fəaliyyətindən söz açıb. O, qeyd edib ki, “Paris Azerbaycan Evi” ənənəvi olaraq vətəndən uzaqda yaşayan azərbaycanlı uşaqlara milli adət-ənənələrimizi aşılamaq, milli mənsubiyyətlərini və tariximizi unutdurmamaq məqsədi ilə silsilə bayram şənlikləri və digər tədbirlər təşkil edir ki, bu tədbirlər də gənc nəslin vətənə bağlılığını və milli adətlərimizə olan marağını daha da artırır.

Daha sonra təşkilat sədrinin müavinləri və layihənin bədii rəhbəri Mehri Quliyeva ilə Jalə Orucova şagirdlərin hazırladığı Novruz şənliyi barədə danışaraq belə layihələrdə Fransada böyüyən gənc nəsilin mədəniyyətimizə olan marağının qururverici olduğunu vurğulayıblar.

Şənlikdə xalqımızın qədim tarixini, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər təqdim olunub. Milli geyimdə olan uşaqlar Novruz bayramına dair şer və mahnılar söyləyib, milli rəqslər ifa ediblər. Novruz ənənələrinə uyğun olaraq iştirakçılar yumurta döyüşdürüb, papaq atıb, yallı sədaları altında halay çəkiblər.