Tribuna İnformasiya Agentliyi

Parisdə “sarı jiletlər”in aksiyası keçirilir

22 Dekabr

Parisdə bu şənbə də aksiyasız ötüşməyib.

Trend-in məlumatına görə, Fransa paytaxtındakı aksiyalara 1000-ə yaxın insan qatılıb.

Nümayişçilərin əksəriyyəti Monmartr rayonundakı Sakre-Ker kilsəsi ətrafında toplaşıb.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Bu hərəkat “sarı jilet” adlandırılıb.