Tribuna İnformasiya Agentliyi

Parisdə şagirdlər küçələrə çıxıblar

07 Dekabr

Parisdə liseylərin yuxarı sinif şagirdlərinin iştirakı ilə izdihamlı nümayiş keçirilir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, sakit tərzdə keçirilən aksiyanın iştirakçıları “Makron, uduzmusan, küçələrə gənclər çıxıb!” və s. şüarlar səsləndirirlər. Bu nümayiş Fransanı ağuşuna alan böyük sosial və siyasi böhran dövrünə təsadüf edir.

Xatırladaq ki, gələn il yanvarın 1-dən yanacağın bahalaşacağı açıqlandıqdan sonra noyabrın 17-dən bütün ölkə boyu kütləvi nümayiş və yürüşlər keçirilir, dekabrın 1-də isə müxtəlif şəhərlərdə kütləvi iğtişaşlara çevrilib. Dekabrın 8-də isə radikal ovqatlı etiraz aksiyalarının təkrarlanacağı gözlənilir.