Tribuna İnformasiya Agentliyi

Parisdə iğtişaşlar – VİDEO

01 May

Fransanın paytaxtı Parisdə qatı-solçular və anarxistlərin hökumətə qarşı etiraz aksiyası iğtişaşlara çevrilib.

Oxu.Az xəbər verir ki, May gününü qeyd edən və hökumətin əmək islahatlarına etiraz edən 1200-ə yaxın nümayişçi Bastiliya meydanında bir araya gəlib.

Daha sonra etirazçılar mərkəzi küçələrdə yürüş edib. Etirazçılar əllərində keçmiş Sovet İttifaqı bayraqları və müxtəlif yazılı plakatlar tutub, hökumətə qarşı şüarlar səsləndirib.

Yürüş zamanı bir qrup maskalı etirazçı yoldakı restoran və ticarət obyektlərinə hücum çəkib. Etirazçılar restoranların şüşələrini qırıb, yaxınlıqdakı maşını yandırıb.

Təhlükəsizlik qüvvələri təxribatçı aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.