Tribuna İnformasiya Agentliyi

Parasetamol sonsuzluq yaradır – Avropa alimləri…

13 Fevral
Parasetamol cinsi hormonlara mənfi təsir edərək döl sonsuzluğu və ya inkişaf qüsurları riskini artırır.
TİA.AZ  Lenta.ru-ya istinadla yazır ki,  belə bir nəticə San-Diegodakı ”Human Longevity”(insan uzunömürlülüyü) təşkilatının mütəxəssisləri tərəfindən əldə olunub.
Müvafiq tədqiqatda 18 və ya daha yaşlı 455 nəfər iştirak edib. Həmçinin, təhlillərə 1880 Avropa əkizi, eləcə də İspan və Afrika kökənli 1235 insanın  müayinəsi zamanı  əldə edilmiş məlumatlar əlavə edilib.
Tədqiqatçılar maddələr mübadiləsi üçün əhəmiyyətli 700 birləşmənin konsentrasiyasındakı dəyişiklikləri izləyiblər.
Aşkar edilmişdir ki, könüllülərin bütün qruplarında parasetamol istifadəsi ilə bağlı neyrosteroid cinsi hormonlarının tükənməsi müşahidə olunur. Bu, öz növbəsində, plasentanın və reproduktiv funksiyaların pozulmasına gətirib çıxarır. Parasetamolun  mütəmadi istifadəsi həmçinin, sinir sistemi xəstəliklərinə səbəb olur, eləcə də uşaqsalma və ya embrionların inkişaf pozğunluqları riskini artırır.