Pandemiyadan sonra dünyanı gözləyən iki ssenaribackend

Pandemiyadan sonra dünyanı gözləyən iki ssenari

BMT Baş katibi Antonio Quterreş koronavirus pandemiyasından sonra dünya üçün iki ssenari – həm nikbin, həm də bədbin proqnozlar barədə fikirlərini açıqlayıb…

O, məsələyə “Aftonbladet” nəşri üçün yazdığı məqalədə münasibət bildirib.

Baş katib pandemiyanın həm ölkələr daxilində, həm də dövlətlər arasında münasibətlərdə bərabərsizliyi artırdığını bildirib.

Onun sözlərinə görə, ölkələr mövcud vəziyyətin öhdəsindən gələ, uğurlu bərpa planı hazırlaya və inkişaf etməkdə olan ölkələrə kifayət qədər kömək göstərə bilsələr, nikbin proqnoz barədə danışmaq olar. Növbəti doqquz ay ərzində koronavirusa qarşı effektiv və əlverişli peyvəndin yaranması ilə belə bir ssenarini həyata keçirmək mümkündür.

Bədbin ssenaridə isə dövlətlər pandemiya qarşısında birləşməyəcək, virusun yeni yayılması başlayacaq, peyvənd üzərində işlər ləngiyəcək, yaxud da ancaq “zəngin” ölkələr onu əldə edə biləcəklər. “Bu ssenari gerçəkləşərsə, seqreqasiya, populizm və ksenofobiyanın necə böyüdüyünü görəcəyik”, – deyə, Baş katib yazıb.

A.Quterreşin fikrincə, bədbin proqnoz reallaşdığı təqdirdə 5-7 il ərzində qlobal depressiyanın başlanğıcını görə biləcəyik.

O qeyd edib ki, dünyanın indi hansı tərəfə doğru getdiyini anlamaq çətindir, ancaq ilk ssenari üçün əldən gələn hər şeyi etmək lazımdır, bununla yanaşı, ikinci ssenariyə də hazırlaşmaq vacibdir.(pravda.az)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki