Pandemiya varlı ilə kasıbı bərabərləşdirdibackend

Pandemiya varlı ilə kasıbı bərabərləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

oronavirus pandemiyası firavan ölkələrə daha çox ziyan vuraraq varlı və kasıb ölkələr arasındakı uçurumun müəyyən mənada azalmasına səbəb olub.

TİA.AZ  “Bloomberg”ə istinadən xəbər verir ki, ölkələr arasındakı fərqlər hələ 2007-ci ildən azalmağa başlayıb, lakin 2020-ci ildə bu proses daha da əyani şəkil alıb. “Burada kasıb ölkələrin uğurlarından çox bir çox Qərb ölkəsinin vətəndaşlarını qorumaqda acizlik özünü göstərir. Pandemiya varlı ölkələrdəki ictimai səhiyyə sistemində faciəvi nöqsanları üzə çıxardı”.

Məsələn, ABŞ-da ən yüksək adambaşına gəliri olan ştatlarda koronavirusdan ölənlərin daha çox olduğu da qeyd olunur.

Bununla yanaşı, iqtisadiyyatdakı fəsadlara yol verməmək üçün sərt karantin tətbiq etməyən ölkələrin də elə bir qazanc əldə etmədikləri də diqqətə çatdırılıb.