Pandemiya turizmi iflic edib – nə etməli?backend

Pandemiya turizmi iflic edib – nə etməli?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2020-ci ildə bütün dünyada olduğu kimi ölkəmizdə də turizm sahəsinə böyük zərbə dəydi. Bu ilin yanvar-fevral aylarında Azərbaycana gələn turistlərin sayı ötən ilin yanvar-fevral aylarına nisbətən 5,9 dəfə azalıb. Nəzərə almaq lazımdır ki, 2020-ci ilin yanvar- fevral aylarında Azərbaycanda sərhədlər  turizmə açıq idi. Xaricə gedən vətəndaşlarımızın sayında isə 13,6 dəfə azalma qeydə alınıb. Səyahətlərin əksəriyyəti turizm  məqsədi daşımayıb. Cari ildə canlanmanın yalnız  daxili turizm sahəsində olması gözlənilir. Biz cari ildə və gələn il 2019-cu il səviyyəsində turizm axının olmasını gözləmirik. Turizmin yalnız 2023-cü ildə pandemiyadan əvvəlki dönəmə uyğun səviyyəyə yüksəlməsi ehtimalı var”.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Kənan Quluzadənin sözlərinə görə, turizm sahəsində 2018-2023-cü illər üzrə konsepsiya bazarların coğrafiyasının genişləndirilməsindən ibarət  idi, yəni hər hansı bazarda problem yarandıqda digərləri ilə işləmək planlaşdırılmışdı.

O bildirib ki, Azərbaycanda turizmin bərpasına digər ölkələrdə olduğu kimi mərhələli keçiriləcək. Azərbaycanın yeni mövsümün açılışına hazır olmasından danışan K.Quluzadə bildirib ki, “Macəra yaxındadır” vahid platforması bazasında turizm agentlikləri və hotellər könüllü şəkildə birləşərək, vətəndaşlar üçün öz büdcələrinə uyğun səhayət mühiti yaradacaqlar.

İqtisadçı Rəşad Həsənov da sərhədlərin  bağlı qalmasının iqtisadiyyata ciddi təsirini nəzərə alaraq qadağaların mərhələli şəkildə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

“Azərbaycan aspektindən baxsaq, eyni inkişaf yolu keçmiş Pribaltika ölkələrinin təcrbübəsindən istifadə etmək olar. Baltikyanı ölkələrdə sərhədləri müəyyən şərtlər və tələblər daxilində turistlərin üzünə açırlar. Bu istiqamətdə prosses sürətlənməlidir. Preventiv addımlar olmalıdır. Amma, eyni zamanda Azərbaycan hökuməti bütün dünyadan virusun çəkilib gedəcəyini gözləməməlidir. Sənaye artıq mərhələli şəkildə fəaliyyətə başlamalı, tələb  formalaşmalıdır. İqtisadi çətinliklə üzləşən sektorlara dəstək verilməlidir. Hökumət likvidliyin dəstəklənməsi istiqamətində proqramlar işləyib hazırlasa yaxşı olar. Bu zaman kommersiya bankları riski üzərinə götürməyəcək. Hökumət bu riski müəyən qədər paylaşmalıdır. Bu istiqamətdə yönələn vəsaitlərə müəyyən zəmanətlər verilməlidir.  500 milyon manat yalnız yeni investisiya layihələrinə yönəlib. 2020-ci ildə bu vəsaitin  cəmi 130 milyonu verilib, 370 milyonu tələb olmadığı  üçün saxlanıldı. Mövcud vəziyyətdə yaranmış  problemi həll etmək lazımdır, buna  görə də maliyyə təminatı mexanizmləri bu istiqamətə yönəlməlidir. Dayanaqlı inkişafı təmin etmək üçün  hökumət yenidən müəyyən növ yardımların edilməsi üzərində düşünməlidir”,- deyə o qeyd edib.