Pandemiya şokundan sürətlə çıxıb iqtisadi dirçəliş əldə edəcək ölkələrbackend

Pandemiya şokundan sürətlə çıxıb iqtisadi dirçəliş əldə edəcək ölkələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2021-ci ildə pandemiyanın yaratdığı koronakrizisdən sonra qlobal iqtisadiyyatın bərpası sürətli templə gedəcək – onun böyüməsi yarım əsrdən çox müddət ərzində rekord dərəcəyə – 6,9%-ə çatacaq. 
TİA.AZ xəbər verir ki, bu proqnoz “Blumberq”in İqtisadiyyat üzrə mütəxəssisləri tərəfindən verilib.
Ekspertlər hesab edir ki, ABŞ və Çin pandemiya şokundan tezliklə qurtulacaq və iqtisadiyyatlarını bərpa edəcəklər. Eyni zamanda, ABŞ-ın qlobal dirçəlişin əsas mühərriki olma ehtimalı böyükdür, həmin dövrdə Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Yaponiya iqtisadiyyatları bir qədər də azalmağa davam edəcək.
Braziliya, Hindistan və Rusiya “pandemiya sonrası dünyanın liderləri”ndən əhəmiyyətli dərəcədə geri qalacaqlar. Analitiklərin fikrincə, bu, əhalinin COVID-19-a qarşı vasinlənmə dərəcəsi ilə əlaqədardır – əgər ABŞ-da əhalinin demək olar ki, dörddə biri peyvənd edilibsə, Avropa Birliyində bu rəqəm 10%-ə çatıb, Meksika, Braziliya, Rusiyada isə bu, yalnız 6%-dir.
İqtisadçıların fikrincə, geriləmənin digər səbəbi sərt pul siyasəti olacaq. Beləliklə, 2020-ci ildə Rusiya da daxil olmaqla əksər mərkəzi banklar böhrana cavab olaraq faizləri endiriblər və indi inflyasiyanın və ya kapital axınının sürətlənməsindən qorxaraq pul siyasətini sərtləşdirməyə başlayıblar.