Pandemiya dövründə hansı şərtlərlə repititor fəaliyyətinə icazə verilir? -Ekspert danışdıbackend

Pandemiya dövründə hansı şərtlərlə repititor fəaliyyətinə icazə verilir? –Ekspert danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər repititor fəaliyyəti ilə məşğul olan müəllimlərin pandemiya qaydalarını pozmasına dair xəbərlərin sayı artmaqdadır. Mövzu ilə bağlı TİA-az-a danışan təhsil eksperti Kamran Əsədov deyir ki, bəzi müəllimlər öz məsuliyyətini dərk etmir və nəticədə bu kimi hallar yaranır:

“Bu gün təhsilin məsafədən təşkilinə dair aparılan işlərdə əsas məqsəd insanların sağlamlığının qorunmasıdır. Ümumiyyətlə, vəziyyətin çətinliyindən asılı olmayaraq insan sağlamlığı hər şeydən daha önəmlidir. Ona görə də biz pandemiya qaydalarına uyğun bir şəkildə davranmalıyıq.
Pandemiya dövründə təhsilin təşkili qaydaları həmçinin repititor fəaliyyəti ilə bağlı konkret qaydalar və normativlər var. Bu qaydalara əsasən özəl təhsil müəssisələrində dərs keçilən otaqların ölçüsü imkan verərsə, maksimum on nəfərlə tədris aparıla bilər. Otaq tez-tez dezinfeksiya edilməli, havası dəyişdirilməlidir.

Həmçinin abituriyentlər oturduqları vəziyyətdə onların arasındakı məsafə 1,5 metr olmalıdır. Bu hesabla dərs keçilən otağın ölçüsü minimum 15 metr olmalıdır. Təəssüflər olsun reallıq başqadır. Çox vaxt müəllimlərin dərs keçdiyi otaqlar bu kriteriyalara cavab vermir. Buna baxmayaraq bəzi müəllimlər uyğunsuz şərtlər altında belə ictimai maraqları öz şəxsi maraqlarına qurban verirlər. Təbii ki, bu vəziyyət bizə də xoş deyil. İmtahanlar yaxınlaşması ilə əlaqədar gərginliyin artması başadüşüləndir. Ancaq hazırda insanlarımız üçün prioritet məsələ sağlamlıq olmalıdır və hər kəs bu mövzuda öz məsuliyyətini dərk etməlidir.

Aytac Sahəd

TİA.AZ