Pandemiya dövründə evdən işləməyin effektivliyi açıqlandıbackend

Pandemiya dövründə evdən işləməyin effektivliyi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın müxtəlif ölkələrindən işçilərin təxminən 75 faizi koronavirus pandemiyasının ilk aylarında məhsuldarlığını qoruduqlarını və ya hətta daha da yaxşılaşdırdıqlarını deyiblər.

RBK-nın məlumatına görə, bu, Boston Konsaltinq Qrupunun (BCG) 12 min nəfər arasında apardığı sorğudan məlum olub.

Qeyd edilir ki, pandemiya ilə əlaqədar şirkətlər işçi qüvvələrinin 40 faizini evdən işləməyə göndəriblər.

Sosial məhsuldarlığın səviyyəsi əsasən sosial əlaqələr, psixoloji və fiziki vəziyyət, həmçinin lazımi iş alətlərinin əlçatanlığı ilə əlaqələndirilib. Bu dörd faktordan razı olan əməkdaşlar işlərinin daha səmərəli olduğunu vurğulayıblar.

İşçilərin dörddə üçü səmərəliliyin qorunub saxlanıldığını və ya yaxşılaşdırıldığını bildirirdilərsə, kollektiv tapşırıqlar üçün (istər ofisdə işləyənlər, istərsə də evdə işləyənlər üçün) bu göstərici aşağı olub.

Uzaqdan işləməyin əsas problemləri arasında işçilərin intizamının aşağı olması göstərilib. Bununla belə, müəssisə rəhbərlərinin 2/3-i heç bir problem görmədiklərini vurğulayıb.

BCG nümayəndələri gələcəyin hibrid modelə aid olacağını gözlədiklərini bildiriblər, yəni işçilər asanlıqla formatı evdən ofisə və əksinə dəyişə biləcəklər. Onların sözlərinə görə, bir çox şirkətlər artıq bu cür yeniliklərə sərmayə qoyurlar. Müəssisə rəhbərlərinin 70 faizi iş təşkilinin yeni modelinin qorunub saxlanılması imkanlarını nəzərdən keçirməyi planlaşdırırlar.