PANDEMİYA BİTDİ, TOY VƏ YAS İSRAFÇILIĞI BİTMƏDİ – EKSPERT TƏKLİFİbackend

PANDEMİYA BİTDİ, TOY VƏ YAS İSRAFÇILIĞI BİTMƏDİ – EKSPERT TƏKLİFİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir neçə aydır ki, yoluxmaların sayı kəskin şəkildə azalıb. Ancaq buna baxmayaraq hələ də bu qaydaların, tələblərin qalması tamamilə biabırçılıqdır”.

Bunu TİA. Az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. Onun sözlərinə görə,toy və yaslarda pandemiya qaydalarının tətbiqinin heç bir əsası yoxdur:
“Əsassız bir şəkildə bu vəziyyət davam edir.

Belə çıxır ki, Operativ Qərərgaha xəbər hələ çatmayıb. Çünki mövcud duruma əsaslı bir səbəb göstərmirlər belə. Ümumiyyətlə, ölkənin quru sərhədlərinin bağlı qalması, sərnişin qatarlarının fəaliyyətinin dayandırılması da ləğv olunmalıdır. Buna heç bir əsas göstərə bilmirlərsə, artıq normal vəziyyətə qayıtmaq lazımdır. Bütün dünyada bu proses bitib. Belə etmək ölkə əhalisinə, iqtisadiyyatına da zərər vurur, sosial vəziyyətini gərginləşdirir. Mətbuatda sözügedən məsələ tez-tez qaldırılmalıdır. Operativ Qərargahdan açıqlama tələb olunmalıdır.
Ümumiyyətlə, bizdə toylar və yaslar həmişə biabırçı vəziyyətdə keçib. Pandemiya ilə bağlı isə bir az sadəlik yarandı. Bu, bir tərəfdən yaxşıdır. Yaxşı olardı ki, qadağalar götürülsə belə insanlar əvvəlki kimi biabırçı mərasimlər etməsin. İfratçılıq, dəbdəbə, çoxsaylı insanların iştirakı ilə keçirilən mərasimlər sivil ölkələrdə qəbul olunmur. İstənilən halda qadağalar götürülməlidir. İnsanlar özü istəyərək son dövrlərdə yaranan bu ənənəni qəbul etməlidir”.

Aytac

TİA. Az