“PANDEMİYA BİOLOJİ MÜHARİBƏNİN MƏŞQİDİR” – Doktor Roşalbackend

“PANDEMİYA BİOLOJİ MÜHARİBƏNİN MƏŞQİDİR” – Doktor Roşal

Pandemiya tibb sisteminin davamlılığının yoxlanışı, o cümlədən, ölkələrin biomüdafiəsinin sınağı oldu.

«Forbes»-ə müsahibəsində bu fikri Milli Tibb Palatasının (Rusiya) başçısı, doktor Leonid Roşal səsləndirib. O, yenidən koronavirus pandemiyasını «bioloji müharibənin məşqi» adlandırıb.

“Mən, yaranmış vəziyyəti analiz edən zaman, anlayıram ki, bu, bioloji müharibənin məşqidir. Mən demirəm ki, bu virus insan tərəfindən yaradılıb: belə qənaətlər üçün yetərli əsaslar yoxdur, üstəlik də mən, virusoloq deyiləm. Ancaq o, tibb sisteminin davamlılığının yoxlanması, o cümlədən, ölkələrin bioloji müdafiəsinin sınağıdır” – deyə, Roşal bildirib.

Doktor belə bir fikir söyləyib ki, Rusiya hakimiyyəti düzgün və vaxtında qərarlar qəbul edib və onun sayəsində pis ssenaridən qaçmaq mümkün olub. Amma həm dünyanın, həm də Rusiyanın buna hazır olmadığı üzə çıxdı.

“Hamıya aydın oldu ki, dünya nəinki pandemiyaya, heç epidemiyaya da hazır deyil: pandemiyanın pik dövründə dünyanın heç bir ölkəsində maska və qoruyucu kostyumlar çatışmadı…” – deyə, o, acı təəssüflə qeyd edib.

Doktor qoruyucu tədbirlərə əməl etməyə və panika yaymamağa çağırıb: “Risk hər yerdə var və bunu başa düşmək lazımdır. Sakit yaşamaq lazımdır. Mən, isterikanın əleyhinəyəm. Bəşəriyyət koronavirusdan ölməz. O, bir sıra ağır yoluxucu xəstəlikləri arxada qoyub”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki