Pambıq paltarlar koronavirusdan qoruyur?backend

Pambıq paltarlar koronavirusdan qoruyur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pambıq qumaşdan hazırlanmış paltarlar COVID-19-dan qoruya bilər.

TİA.AZ  “İzvestiya”ya istinadən xəbər verir ki, bu qənaətə Kanadanın İctimai Səhiyyə Agentliyi və Manitoba Universitetinin alimləri gəlib.

Araşdırmanın nəticələrinə əsasən, 100 % pambıq qumaşda olan virus deqradasiyaya uğraması üçün 1 sutkadan da az vaxt lazım olub.

“Şkafa qoyulmuş pambıq paltarı bir sutka sonra təhlükəsiz hesab etmək olar”, – Moskva Fizika və Texnologiya İnstitutunun aparıcı elmi işçisi Stanislav Otstavnov vurğulayıb.

Mütəxəssis qeyd edib ki, bu materialın sanitar üstünlüklərindən hər kəs istifadə edə bilər. O bildirib ki, üçqat qumaşdan hazırlanmış pambıq maskalar eynən cərrahi geyim qədər yüksək müdafiəyə malikdirlər. Onun sözlərinə görə, bu cür maskalar koronavirusun yayılmasına səbəb olan respirator damcıların qarşısını yaxşı kəsir.