Palataya şəffaf geyimdə daxil olan tibb bacısı hamını şoka saldı – FOTObackend

Palataya şəffaf geyimdə daxil olan tibb bacısı hamını şoka saldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada tibb bacısının hər kəsi şoka salan davranışı böyük müzakirələrə səbəb olub. Belə ki, o, pasiyentlərin palatasına şəffaf kostyumda daxil olub.

Bu barədə “Tulskiye Novosti” xəbər yayıb.

Hadisə Tula Regional Klinik Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində baş verib.

Portalın məlumatına görə, qız müdafiə geyimində çox isti olduğu üçün belə bir addım atdığını deyib. Lakin tibb bacısı kostyumun bu qədər açıq-saçıq olduğunu bilmədiyini etiraf edib.

Səhiyyə Nazirliyinin yerli bölməsindən qadına artıq xəbərdarlıq edildiyi bildirilib.