Pakistanda Pərviz Müşərrəf barədə çıxarılan edam hökmü ləğv edildibackend

Pakistanda Pərviz Müşərrəf barədə çıxarılan edam hökmü ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lahor Ali Məhkəməsi Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfə dair məsələyə baxılması üçün xüsusi komissiyanın yaradılmasını ölkə konstitusiyasına zidd hesab edərək həmin komissiyanın çıxardığı edam hökmünü ləğv edib. Bu barədə “GeoTV” xəbər yayıb.

Qeyd edək ki, hazırda BƏƏ-də yaşayan P.Müşərrəf barəsindəki dövlət xəyanət ittihamına dair dekabrın 27-də Lahor Ali Məhkəməsinə apellyasiya şikayəti vermişdi.

TİA.AZ  xatırladır ki, dekabrın 17-də Pakistan Xüsusi Məhkəməsinin 76 yaşlı P.Müşərrəfi dövlətə xəyanətdə təqsirli bilərək edam cəzasına məhkum etməsi xəbəri yayılmışdı. Belə ki, hərbi çevriliş nəticəsində 2001-2008-ci illərdə prezident olmuş P.Müşərrəf 2007-ci ildə Konstitusiyanı qüvvədən salıb fövqəladə vəziyyət tətbiq etməkdə ittiham edilirdi.