Paket çaylarda milyonlarla zəhərli zərrəcik var – Orqanizmi məhv edirbackend

Paket çaylarda milyonlarla zəhərli zərrəcik var – Orqanizmi məhv edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Birdəfəlik istifadə üçün paket çaylar üzərində aparılan tədqiqat dəhşətli faktlar aşkarlayıb.
TİA.AZ xəbər verir ki, Rusiyada aparılan araşdırmada paket çayda milyonlarla toksiki hissəciklər aşkarlanıb ki, bunlar orqanizmdə sistem iltihabi proseslər yaradır.
Alimlər paket çaydan dəmləyib sonra çayı xüsusi plastinlərin üzərinə yayıblar.

Quruduqdan sonra xüsusi dəqiq cihazların köməyilə bu çayda plastik izləri aşkarlanıb.
Alimlər bildirir ki, bir qədər böyük plastik zərrəcikləri orqanizmdən tam çıxarılsa da, çox kiçik zərrələr hüceyrə səviyyəsinə belə daxil ola bilir.
Paket çayların bu effekti istehsalçı şirkətlərə çoxdan məlumdur.
Bu çayların kütləvi qadağası üçün xüsusi hüquqi addımlar lazımdır.
Alimlər plastik izlərinə hətta fincanın dibində də rast gəliblər.
Paket piramidaları neylon liflərdən hazırlanır, onlar qaynar suyun təsirindən parçalanır və çaya keçir.
Ona görə də paket və neylon piramidalı çaylardan alıb içmək məsləhət deyil. Paket çay alarkən təbii sellulozadan hazırlanmasına diqqət edin .