PA rəsmisi: “Toy və yasların keçirilməsinə qadağalar qüvvədə qalır”backend

PA rəsmisi: “Toy və yasların keçirilməsinə qadağalar qüvvədə qalır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Bakı və digər şəhərimizdə həyatın canlanmasını görürük. Hər birimiz bu abu-havanı qoruyub saxlayaq”.

TİA.AZ  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, özəl müəssisə sahiblərinin əksəriyyəti qaydalara əməl edirlər: “Toylar və yaslarla əlaqədar məqamlara gəldikdə isə biz ölkəmizdə qanunun aliliyi prinsipinin şahidi oluruq. Bu mərasimlərin keçirilməsi ilə bağlı qadağalar hələ də qüvvədə qalmaqda davam edir”.