“Özünütəcrid koronavirusa qalib gəlməyə kifayət etmir…” – Epidemiya ilə mübarizənin 6 əsas şərtibackend

“Özünütəcrid koronavirusa qalib gəlməyə kifayət etmir…” – Epidemiya ilə mübarizənin 6 əsas şərti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus sadəcə özünütəcridin koronavirusa qalib gəlmək üçün kifayət etmədiyini bildirib.

“AzPolitika.info” xəbər verir ki, ÜST rəhbərinin bu fikirlərinin əks olunduğu bəyanat təşkilatın rəsmi internet saytında dərc edilib.

Qebreyesus deyib ki, özünütəcrid vacib olsa da, bu tədbir sadəcə vaxt qazanmağa imkan verir və epidemiyaya qalib gəlmək üçün daha bir neçə vacib şərt var. Təşkilat sədrinin fikrincə, koronavirusla bağlı 6 əsas şərtə riayət olunmalıdır ki, bunların da ən əsası dünyada səhiyyə sisteminin gücləndirilməsi və tibbi personalın bütün virusa yoluxanlarla işləyəcək gücə qadir olmasını təmin etməkdir.

Digər şərtlərə dünya üzrə bütün virusa yoluxanların bir-bir müəyyən edilməsi və test saylarının artırılması kimi vacib tədbirlər aiddir.

Qebreyesusun sadaladığı şərtlər sırasını xəstələrin qəbul edilməsi üçün əlavə xəstəxanaların açılması və virusa yoluxanların bütün əlaqələrinin müəyyən edilməsi kimi bəndlər də daxildir.

Maraqlıdır ki, ÜST sədrinin sadaladığı şərtlər sırasında epidemiyaya qalib gələcək yeni vaksin hazırlanmasına dair bənd yoxdur.

Xatırladaq ki, mütəxəssislər belə bir vaksinin hazırlanmasına bir ilə yaxın vaxt lazım olduğunu bildiriblər.