ÖZÜNÜ QUL ADLANDIRAN KEÇMİŞ NAZİR MÜAVİNİNİN VARİDATI ÜZƏ ÇIXDI-FOTObackend

ÖZÜNÜ QUL ADLANDIRAN KEÇMİŞ NAZİR MÜAVİNİNİN VARİDATI ÜZƏ ÇIXDI-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl vəzifədən gedən nazir müavini İsmayıl İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı olduğu üzə çıxıb. TİA.Az xəbər verir ki, İsmayıl İsmayılovun oğlu Elvin İsmayılov Heydərovlara məxsus biznes şəbəkəsinin idarəçiliyində yaxından iştirak edir. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. Jurnalist qeyd edir ki, o, əvvəllər “QƏBƏLƏ ATICILIQ KLUBU” MMC-yə rəhbərlik edib. Hazırda Gilan Holdinqə daxil olan “GİLAN İNŞAAT” MMC-nin qanuni təmsilçisi kimi çıxış edir, “QƏBƏLƏ SPORT STORE” MMC-yə rəhbərlik edir. “QƏBƏLƏ SPORT STORE” idman ləvazimatlarnın, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşıb.
İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi daha bir şirkət “CORE CONSTRUCTİON” (keçmiş “Gilan Construction Group”) Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət Heydərovların biznesində yeni şəbəkə hesab oluna bilər.
“CORE CONSTRUCTİON” yaxın dövrdə Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus AVROPA AZƏRBAYCAN MƏKTƏBİni inşa edib.
“AVROPA AZƏRBAYCAN MƏKTƏBİ” TƏHSİL KOMPLEKSİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ildə FRANCESCO BANCHINI adlı əcnəbi vətəndaşın adına rəsmi qeydiyyatdan keçirilib.
“CORE CONSTRUCTİON” (https://coreconstruction.az/az/)
həmçinin Bakıdakı City Tower binasının təmiri, AFB Bankın baş ofisinin, AĞDAŞ BİYAN ZAVODUNUN tikintisini həyata keçirib. Xatırladaq ki, nazir müavini vəzifədən gedərkən “Prezidentin quluyam” açıqlaması ilə yadda qalmışdı.

TİA.Az