Özünü öldürən rəis müavini məşhur tarixçinin oğlu imiş – FOTObackend

Özünü öldürən rəis müavini məşhur tarixçinin oğlu imiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.

TİA.AZ-ın Qaynarinfo-ya istinadən xəbərinə görə, Əli Cahangirli məşhur tarixçi və tədqiqatçı, Nehrəm Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin və BAO Mərkəzi Şurasının üzvü Nəcəfalı Cahangirlinin oğludur.

Əli Cahangirli 13 iyul 2022-ci ildə Astara rayonu Rüdəkənar kəndində intihar edib.

Mərhumun qardaşı Araz Cahangirli Qaynarinfo-ya bildirib ki, hazırda qardaşının ölüm səbəbi araşdırılır: “Qardaşım Astarada yaşadığı evdə intihar edib. Naxçıvanın Nehrəm qəsəbə qəbristanlığında torpağa tapşırılacaq”.