Özünü binadan atan məktəbli qızı xilas etməyə çalışan məmur əməliyyat olundubackend

Özünü binadan atan məktəbli qızı xilas etməyə çalışan məmur əməliyyat olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İntihar edən məktəbli qızı xilas etməyə çalışan 37 yaşlı Zahid Niyazov əməliyyat olunub.
TİA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, o, Dövlət Gömrük Komitəsinin hospitalında çənə əməliyyatı keçirib.
Onun vəziyyəti orta ağır stabildir.
Z.Niyazov Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşıdır.
Qeyd edək ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışıb. Nəticədə Niyazov ağır xəsarətlər alıb.