Özünü bağça müdiri kimi təqdim edib qadın vətəndaşların pulunu mənimsədi – VİDEObackend

Özünü bağça müdiri kimi təqdim edib qadın vətəndaşların pulunu mənimsədi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Özünü Xətai rayonu ərazisində yerləşən “Sincab” uşaq bağçasının müdiri kimi təqdim edən Nuray adlı şəxs tərəfindən dələduzluq yolu ilə pullarının ələ keçirilməsi ilə bağlı vətəndaş Məmmədova Nigar Şəmşir qızı və qeyriləri Xətai Rayon Prokurorluğuna müraciət ediblər.
Baş Prokurorluqdan verilən məlumata görə, toplanmış material üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işinin başlanaraq aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.
Araşdırmalar davam etdirilir.