Özünə saxta yas keçirən iş adamının FOTOSUbackend

Özünə saxta yas keçirən iş adamının FOTOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə özünü ölmüş kimi qələmə verərək, istintaqdan yayınan “Kaspian İnşaat MB” MTK-nın rəhbəri Rafət Qəniyevin saxlanılması barədə xəbər vermişdik.

Lent.az dələduzluqda təqsirləndirilərək saxlanılan R. Qəniyev barədə bir sıra yeni detallar əldə edib.
Məlumata görə, Rafət Qəniyev özünün “KİA” markalı avtomobilini içərisinə qoyduğu heyvan sümükləri ilə birgə yandırıb yoxa çıxdıqdan sonra həmin sümüklər onun qohumlarına təqdim edilib. Qohumları da sümüklərin Rafətə məxsus olduğunu düşünərək onu hətta basdırıblar. Rafət Qəniyevin heyvan sümüklərindən ibarət “cəsəd”i Salyan rayonu Sarvan kəndində, onun dünyasını dəyişən qohumlarının məzarlarının yanında dəfn edilib.
Dəfndə R. Qəniyevin 16 və 18 yaşlı oğlanları, həyat yoldaşı və bacı-qardaşları iştirak edərək, “mərhum”a dualar oxuyublar.
Rafət Qəniyev
Qeyd edək ki, MTK direktoru Rafət Qəniyev barəsində 2021-ci ildə dələduzluq maddəsilə cinayət işi başlanıb və o, axtarışa verilib. Bunu bilən biznesmen özünə məxsus avtomobili Sabirabad rayonu Ətcələr kəndində yandırıb. Özünün də guya avtomobildə yanaraq ölməsini göstərmək üçün sükan arxasına heyvan sümükləri qoyub. O, bir neçə gün əvvəl mağazadan televizor alarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda istintaq araşdırmaları davam edir.