Tribuna İnformasiya Agentliyi

“Özüm istifadə edənəm” – Ağ ölümü yayan şəxsin etirafları – VİDEO

10 May

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat həyata keçirilib.

ARB TV xəbər verir ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotik maddələrin və psixotrop tərkibli dərmanların alqı-satqısında şübhəli bilinən Lənkəran şəhər sakini Ramil Əsədov saxlanılıb.

Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilən zaman 102,510 qram tiryək, 8,654 qram heroin, 1,041 qram metamfetamin və 16 ədəd metadon həbləri aşkar olunaraq götürülüb.

İlkin ifadəsində saxlanılan şəxs narkotik maddələri və dərmanları şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Ramil Əsədov- Saxlanılan şəxs: “Özüm istifadə edənəm. Gəlmişdim rayona, tutdular. Heroin, dərman bir də tiryək var idi”.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.