Tribuna İnformasiya Agentliyi

Özillə fanat arasında qalmaqal – təhqir etdi

28 İyun

Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özillə bir azarkeş arasında qalmaqal yaşanıb

Qol.az-ın “The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, hadisə dünən Almaniyanın Koreyaya 0:2 hesabı ilə uduzduğu dünya çempionatının oyunundan sonra baş verib.

Bildirilir ki, alman fanat meydandan soyunub-geyinmə otağına yollanan türkəsilli futbolçunu təhqir edib. Bu zaman Özil ona cavab verib. Daha sonra isə tərəflər arasında söz atışması yaşanıb. Əsəbi olan Almaniya millisinin digər futbolçuları da baş verənlərə qoşulub.

Təhlükəsizlik xidmətinin müdaxiləsindən sonra Özil paltardyişmə otağına yollanıb.