Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında iğtişaşlarda 18 nəfər ölüb, 243 nəfər yaralanıbbackend

Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında iğtişaşlarda 18 nəfər ölüb, 243 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında ötən həftə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayı açıqlanıb.

TİA.AZ  “kun.uz”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, iğtişaşlar zamanı 18 nəfər ölüb, 243 nəfər yaralanıb ki, onlardan 38-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Təhlükəsizlik qüvvələri 516 nəfəri saxlayıb, lakin artıq onların bir çoxu sərbəst buraxılıb.