Özbəkistan Rusiyanın iFly Airlines şirkətinə qarşı sanksiya tətbiq etdibackend

Özbəkistan Rusiyanın iFly Airlines şirkətinə qarşı sanksiya tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Uzaviasiya” agentliyi (Özbəkistanın hava limanlarına çarter reyslərinin təşkili üzrə səlahiyyətli orqan – red.) Rusiyanın “iFly Airlines” aviaşirkətinə qarşı Özbəkistana uçuşlara müvəqqəti qadağa şəklində sanksiyalar tətbiq edib”.
TİA.AZ  xəbər verir ki, bu haqda “İnterfaks” ölkənin Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

 

Aviasiya rəhbərliyi Rusiyanın iFly Airlines aviaşirkətinin uçuşlarına müvəqqəti qadağanı şirkətin Özbəkistandan Rusiya Federasiyasının şəhərlərinə çarter reysləri üçün icazə verilməsini gözləmədən bilet satdığına görə qoyub.
Nazirlikdən verilən məlumata görə, oktyabr ayında Uzaviasiya iFly Airlines aviaşirkətinə məktub göndərərək agentliyin icazəsi olmadan bilet satışını dayandırmağı tələb edib. Lakin buna baxmayaraq, daşıyıcı aviabiletlərin satışını təşkil edib.
“iFly Airlines” aviaşirkətinin respublikanın şəhərlərindən Moskva və Sankt-Peterburqa qrafikə uyğun olmayan çarter reyslərinə biletlər satılıb. Nəticədə, ötən cümə axşamı 290 sərnişin Özbəkistanın Urgənc şəhərindən yalnız ehtiyat təyyarə Rusiya Federasiyasının paytaxtından göndərildikdən sonra Moskvaya uça bilib, çərşənbə axşamı isə 200-ə yaxın insan Nəvaidən Moskva və Sankt-Peterburqa uça bilməyib.