Özbəkistan raket atəşinə tututldu – 5 RAKET ATILDIbackend

Özbəkistan raket atəşinə tututldu – 5 RAKET ATILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanla sərhədə raket zərbələri endirilib.

TİA.AZ xəbər verir ki, bu barədə Özbəkistan XİN məlumat yayıb. Mərmilərin Əfqanıstan tərəfdən gəldiyi ehtimal edilir.

“Termez şəhərinin Məcnuntol məhəlləsində 4 fərdi yaşayış evinə cüzi ziyan dəyib”, – Nazirliyin məlumatında deyilir. Özbəkistana ümumilikdə 5 raket atılıb.

Mərmilərdən biri həmin ərazidəki futbol meydançasına düşüb.

Mərmilərin istehkamçı bölmələr tərəfindən zərərsizləşdirildiyi, mülki əhalinin tələfatının qarşısının alındığı vurğulanır.

“Sputnik Tacikistan”ın Əfqanıstanın Bəlx vilayətindəki mənbəyinin məlumatına görə, raket hücumu Şurtep rayonunun Tokay kəndindən edilib.

“Naməlum şəxslər “Suzuki” markalı avtomobilə raketlər quraşdıraraq Özbəkistan tərəfə 6 raket atıblar. Maşın tamamilə yanıb, insanlar qaçıb”, – mənbə bildirib.

Əfqanıstan polisi yanğın nəticəsində bir neçə nəfərin xəsarət aldığını istisna etmir. Hələlik heç kim məsuliyyəti üzərinə götürməyib. Hadisənin təfərrüatları araşdırılır.