ÖZBƏKİSTAN QAN ÇANAĞINA DÖNDÜ: HANSI QÜVVƏLƏRİN PLANI İDİ?backend

ÖZBƏKİSTAN QAN ÇANAĞINA DÖNDÜ: HANSI QÜVVƏLƏRİN PLANI İDİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nəzərə almaq lazımdır ki, Özbəkistan Mərkəzi Asiyada müstəqil siyasət yürüdür”. Bunu TİA.Az-a Özbəkistan hadisələri ilə bağlı danışan politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, müstəqil siyasətin yürüdülməsi hansısa güc mərkəzləri tərəfindən qəbul edilmir:
“Özbəkistana əlaltı dövlət kimi baxmaq istəyən qüvvələr onun xarici siyasətini ram etməyə çalışırlar. Lakin Özbəkistanın tarixi keçmişinə nəzər salsaq, deyə bilərik ki, böyük köklərə malikdir.
Bu dövlətçilik ənənələri müasir idarəetmə ilə birlikdə ölkənin iqtisadi, siyasi, hərbi inkişafını müəyyənləşdirir. Bu baxımdan Özbəkistan Mərkəzi Asiyada spesifik xüsusiyyətləri ilə seçilir.
Qaraqalpaqlarla bağlı hazırda baş verən proseslərdə təbii ki, siyasi motivlər çox güclüdür. Lakin ölkənin prezidentinin də baş verən hadisələrlə bağlı fikirləri, bəyanatları onu deməyə əsas verir ki, dövlətçiliyin çox güclü sütunları var.


Bu təməlləri sarsıtmaq məkrli qüvvələrə müəssər olmayacaq. Eyni zamanda Özbəkistanla Azərbaycan arasında da sıx, möhkəm münasibətlər var. Cənab Prezident pandemiyadan sonra xaricə ilk rəsmi səfərini qardaş Özbəkistana edib.
Bu səfər çərçivəsində proqramın genişliyi eləcə də dəbdəbəli qarşılanma mərasimi ali baş komandana göstərilən ehtiramın bir nümunəsi idi. Ona görə də bu məsələ Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edən bir məsələdir.
Düşünürəm ki, bu proseslər qısamüddətli xarakter daşıyır. Arzuolunan budur ki, tezliklə neqativ hallar aradan qaldırılsın. Çünki Mərkəzi Asiyada olan türkdilli dövlətlərin güclənməsi həm də Azərbaycana stimul verir”.

Aytac

TİA.Az