Özbəkistan hökuməti istefa verdibackend

Bu gün Özbəkistan Ali Məclisi Senatının iclasının sonunda ölkənin Baş Naziri Abdulla Aripov hökumətin tam tərkibdə istefa verdiyini elan edib.

TİA.AZ  xəbər verir ki, qanunvericiliyə uyğun olaraq Ali Məclisin və Senatın deputatları tam formalaşdırılandan sonra hökumət istefa verir.

Ölkə qanunlarına görə, yeni Hökumət formalaşdırılana qədər istefa verən hökumətin üzvləri öz səlahiyyətlərini icra edirlər.

Yeni hökumətin yaxın günlərdə formalaşdırılması nəzərdə tutulur.