Tribuna İnformasiya Agentliyi

Öz-özünə hərəkət edən velosipedlər dövrü gəlir – VİDEO

10 Aprel

Şəhər daxili kommunikasiyanı yeni üsullarla daha mükəmməl edən texnologiyalardan bəhs edərkən 3D çap üsulu ilə hazırlanmış sürücüsüz avtobusları qeyd etməliyik. Yaxın günlərdə isə Google Hollandiya, dünyanın velosiped paytaxtı olan Amsterdamda yaxın aylarda bazara çıxarılacaq dünyanın ilk öz-özünə gedən velosipedini təqdim etdi.

TİA.AZ  technote.az-a istinadən bildirir ki, Amsterdamda yaşayanlar ildə ortalama 900 km velosiped sürür və bu da eyni zamanda ildə təxminən 350.000 qəza deməkdir. Yenilik gətirəcək velosipedlər Amsterdam sakinlərinə təhlükəsiz səyahət etmək imkanı vəd edir. İstifadəsi də olduqca sadədir. Velosiped sahib olduğu GPS texnologiyası sayəsində sizi istədiyiniz nöqtəyə daşıya bilir. Yeganə etməli olduğunuz şey velosiped ilə bluetooth sayəsində əlaqə quran bir mobil tətbiqdən gedəcəyiniz nöqtəni işarələmək və səyahətdən zövq almaqdır. Uşaqlara xüsusi bir modeli də olan velosipedin qiymətinin nə qədər olacağıyla bağlı hal-hazırda açıqlama yoxdur. İnnovasiya möcüzəsi olan bu velosiped haqqında ətraflı məlumat almaq üçün aşağıdakı videonu izləyə bilərsiniz: