Tribuna İnformasiya Agentliyi

Öz ölümünü belə dəqiq demiş Aloisdən qorxunc proqnoz – Putinə işarə…

10 Aprel

Öz ölümünün nə zaman baş verəcəyini təxmin edən Alois İrlmyaer dünyada baş verəcək bir çox hadisələrlə bağlı proqnozlar irəli sürüb.

Teleqraf.com xəbər verir ki, onun bacarığı və proqnozları öz dövründə bir sıra cinayət işlərinin araşdırılmasına kömək edib.

Alois İrlmayerin həm şəxsi həyatı, həm də dünyada baş verəcək hadisələrlə bağlı proqnozları indi də xüsusi maraq doğurur.

Qərb insanlarını daha çox Aloisin Üçüncü dünya müharibəsi haqqında proqnozları ilə maraqlanır.

Alois İrlmaierin dosyesini təqdim edir:

Peşəkar qazmaçı olan Alois İrlmayer 1894-cü ildə Almaniyada doğulub. 1914-1916-cı ilə qədər I Dünya müharibəsində əsgər kimi iştirak edib. 1920-ci ildə Mariya Şieblingerlə ailə həyatı qurub və bu evlilikdən dörd uşaq doğulub. 1928-ci ildən müstəqil istehsalatçı kimi işləməyə başlayıb.

Gələcəkdən xəbər verən şəxs kimi təqdim edilən Alois İrlmayer II Dünya müharibəsi zamanı bombalanacaq bölgələr haqqında öncədən insanlara xəbərdarlıq edib.

Eləcə də bir neçə itkin şəxsin tapılması məsələsində real proqnozlar irəli sürüb. Bunun nəticəsində itkin düşən şəxslər tapılıb.

Həmçinin gələcəyi görmə qabiliyyəti sayəsində bir sıra cinayətlərin araşdırılması və həqiqətin ortaya çıxmasında xüsusi fəallığı ilə seçilib.

Lakin bu öngörmə istedadı onun başına bəlalar da açıb.

Cadu və saxtakarlıq səbəbindən məhkəməyə çəkilən Alois İrlmayer məhkəmədə saxtakar və şarlatan olmadığını sübuta yetirə bilib.

Gələcəyi görmək qabiliyyəti ona üçüncü dünya müharibəsi haqqında da proqnozlar irəli sürməyə imkan verib.

Alois İrlmayer III Dünya müharibəsinin Orta Şərqdən başlayacağını, ancaq özünün bu müharibəni görməyəcəyini deyib.

“Gördüyüm hadisələri yaşamaq məcburiyyətində qalmayacağım üçün öləcəyimə sevinirəm”, – deyə Alois dünya müharibəsi haqqında deyib.

O bildirib ki, III Dünya müharibəsi hökmən olacaq, lakin müharibənin başlayacağı ili dəqiq görə bilmir. Ekstrasens deyib ki, müharibədən bir il əvvəl meyvə və taxılçılıq baxımından məhsuldar il olacaq. Dəqiq olaraq iki, səkkiz və doqquzu görürəm. İki kişi iyerarxik qaydada üçüncü şəxsi öldürəcək. Onlar bunu etmək üçün başqalarından pul alacaqlar. Qatillərdən biri ağ adam, digəri daha uzun, açıq rəngli saçı olan bir nəfərdir. Məncə, bu hadisə Balkanlarda baş verəcək, fəqət bunu dəqiq deyə bilmirəm. Bu hadisənin intiqamı dərhal, ucsuz-bucaqsız su üzərindən alınacaq.

Alois İrlmayer 1959-cu ildə vəfat edib.