Tribuna İnformasiya Agentliyi

Oyun konsollarının sonu çatıb

09 İyun

Bu gün AAA sinfindən olan yüksək qrafikalı video oyunların əksəriyyəti fərdi kompüterlərdə (desktop) oynanılır. “Ubisoft” şirkətinin baş direktoru yaxın gələcəkdə video konsolların sonunun çatacağını bəyan edib.

Oxu.Az xəbər verir ki, bu haqda “Hi-News.ru” məlumat yayıb.

“Variety” jurnalına verdiyi müsahibədə İv Qilqemot “PlayStation” və “Xbox” kimi “nəhənglərin” yeni versiyalarını təqdim edəcəyini bildirsə də,  onun sözlərinə görə, oyun konsullarının populyarlığı ən aşağı səviyyəyə düşəcək.

Müasir, yüksək qrafikalı oyunları oynamaq üçün qurğunun göstəriciləri kifayət qədər güclü olmalıdır. Fərdi kompüter avadanlıqlarından  o cümlədən RAM, video kart, mikroprosessor və s. fərli olaraq, video konsulları hər il yenilənmir və müasir oyun trendlərinin tələblərinə cavab vermir.

Qərb ölkələrində hazırda yeni oyun trendi- “striminq” populyarlaşmaqdadır.  Striminq oyunların ideyasına görə, oyun istifadəçinin kompüterində deyil, təchizatçının serverlərində emal olunur.

Yəni oyunun qrafikasından və gücündən asılı olmayaraq istifadəçinin kompüterinə sadəcə təsvir göndərilir. İstifadəçi isə kontrolyorun o cümlədən, siçan- klaviatura və ya coystikin müvafiq düymələrini sıxmaqla həmin təsvirə reaksiya göstərir.

Burada əsas tələb internetin sürətli olmasındadır.  Bir çox striminq serverləri azı 25 mbit/s saniyə internet sürətlə işləyir.

Ubisoftun baş direktoru hesab edir ki, hazırda striminq xidmətlərindən yalnız konsul və güclü fərdi kompüter istifadəçiləri yararlansa da, gələcəkdə onlar smartfon, planşet və zəif video kartı olan noutbuklarda belə əlçatar olacaq.