Ötən sutka Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıbbackend

Ötən sutka Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 252 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 233 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 867, bu günə qədər isə ümumilikdə 6 735 182 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 8 588 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 629, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 717, üç və daha çox doza vaksin vurduranların sayı 6 744, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 498 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 532 020, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 329 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 831 462, üç və daha çox doza vaksin vurduranların sayı 3 137 947, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 232 732 təşkil edir.