Ötən il neçə film çəkilib?backend

Ötən il neçə film çəkilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında “Sizə məktub var”, “Titrəmə” qısametrajlı bədii filmlərinin, “Anamın kitabı” adlı 12 seriyalı bədii filmin, “Bizim Həsən müəllim” sənədli filminin çəkilişləri başa çatdırılıb.

 TİA.AZ xəbər verir ki,bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilir.

Bundan əlavə, ötən il “Salnaməfilm” studiyasında “Mirzə Cəlilin Azərbaycanı”, “Ləzgilər”, “Ada” sənədli filmlərinin, eləcə də “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 4 sənədli filmin çəkilişi yekunlaşıb. “Debüt” studiyasında “Ailəvi şəkil” qısametrajlı bədii filminin, “Azanfilm” studiyasında “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiya filminin istehsalı başa çatdırılıb.