Oskar mükafatının qalibləri açıqlanıbbackend

Oskar mükafatının qalibləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oskar mükafatının qalibləri açıqlanıb.

Fransız-Kanada rejissoru Denis Villeneuvenin “Dune” fantastika filmi texniki kateqoriyalar üzrə dörd “Oskar” mükafatı alıb.

TİA.AZ bildirir ki, bu barədə Amerika Kino Sənəti Akademiyasının yaydığı bəyanatda deyilir.

Bu il bəzi qaliblər əsas mərasimdən əvvəl elan edilib. “Dune” ən yaxşı səs, ən yaxşı montaj, ən yaxşı saundtrek və ən yaxşı quruluşçu-rəssam nominasiyalarında mükafat qazanıb.

Həmçinin aşağıdakı kateqoriyalar üzrə “Oskar” qalibləri açıqlanıb:

ən yaxşı qısametrajlı sənədli film – “Basketbol kraliçası” (The Queen of Basketball, 2021), ən yaxşı qısametrajlı animasiya filmi – “Şüşəsilən” (The Windshield Wiper, 2021), ən yaxşı qısametrajlı film – “Uzun çəkən vidalaşma” (The Long Goodbye, 2020), ən yaxşı qrim və saç düzümü – “Temmi Feyin gözləri” (The Eyes of Tammy Faye, 2021).

Ariana DeBos “Vest Sayd əhvalatı” (West Side Story) filminə görə “Ən yaxşı ikinci plan qadın rolu” nominasiyasında “Oskar” mükafatını qazanıb.

Aktrisa myuziklda əsas qadın obrazlarından birini canlandırıb. Film ötən əsrin 50-ci illərində Nyu-Yorkda iki qruplaşma arasındakı qarşıdrumadan bəhs edir.

Mükafat uğrunda mübarizədə aktrisa Cudi Denç (“Belfast”), Aunjanue Ellisi (“Kral Riçard”), Kirsten Danst (“Köpəyin gücü”), Cessi Bakli (“İtmiş qız”) kimi həmkarlarını qabaqlayıb.

 

“Disney”-in “Encanto” cizgi filmi (2021) Ən Yaxşı Animasiya Filmi nominasiyasında “Oskar” mükafatını qazanıb.

Mükafat uğrunda həmçinin Luka (Luca, 2021), Raya və Son Əjdaha (Raya and the Last Dragon, 2021), Mitçellər maşınlara qarşı (The Mitchells vs the Machines 2020) və “Qaçış” (Flugt, 2021) cizgi filmləri mübarizə aparıb.

Aktyor Troy Kotzur Şanq Haderin rejissoru olduğu “CODA: Kar valideynlərin övladı” (CODA, 2020) filminə görə Ən Yaxşı ikinci plan kişi rolu nominasiyasında “Oskar” mükafatını qazanıb.

Komik drama janrında çəkilən filmdə ailədə yeganə eşitmə qabiliyyətinə malik yeniyetmə qızdan bəhs edilir. Eşitmə və danışma qüsurlu Kotzur filmdə baş qəhrəmanın atası obrazını canlandırıb.

Eyni nominasiyada “Oskar” uğrunda Kiran Haynds (“Belfast”), Cessi Plemons və Kodi-Smitt Makfi (hər ikisi “Köpəyin gücü”) və Conatan Simmons (“Rikardonun rolunda”) mübarizə aparıblar.

Bundan əlavə, ən yaxşı xarici film nominasiyasında yaponiyalı rejissor Ryusuke Xamaqutinin “Avtomobilimin sükanı arxasına əyləş” filmi qalib seçilib.