Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)backend

Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yeni təyinat olub.
 Orxan Məmmədov qurumun Beynəlxalq Əlaqələr və protokol şöbəsinin rəhbəri təyin edilib.
O, bu təyinatadək Azərbaycan Banklar Assosiasiyası prezidentinin müşaviri işləyib.
Qeyd edək ki, O.Məmmədov Almaniyada Münhen Dövlət Universitetində hüquq təhsili, Ruminyada Buxarest Dövlət Universitetində Siyasi elmlər, beynəlxalq əlaqələr və müqayisəli siyasət üzrə təhsil alıb. O, həmçinin Azərbaycan İqtisadiyyat Universitetində mühasibat uçotu və auditi üzrə təhsil alıb. Vaşinqtonda bankların tənzimlənməsi üzrə proqram keçib.
O.Məmmədov müxtəlif vaxtlarda Əmanətlərin Sığortalanması Fondunda Risklərin idarə edilməsi üzrə baş iqtisadçı, baş mütəxəssis və departament direktoru vəzifələrində işləyib.