Orta təhsili olmayanı məktəbdə direktor müavini işləyir – Araşdırma aparılırbackend

Orta təhsili olmayanı məktəbdə direktor müavini işləyir – Araşdırma aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda attestatsız şəxsin məktəb direktorunun müavini vəzifəsinə təyin edilməsilə bağlı araşdırma aparılır.
TİA.AZ xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, Bakı şəhəri R. Əliyev adına 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Yusifova İsmət Qədir qızı 01.09.2004-cü ildə işə qəbul edilib:
“2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb. Həmin məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub”.
Qeyd edək ki, məktəbin Ddrektorun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) İsmət Yusifovanın orta təhsili olmadan, attestatsız işə götürülməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.